Salyanda qəzada ölənlərdən biri vəzifəli şəxsdir YENİLƏNİB

28.01.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Salyanda yol qəzası zamanı ölənlərin kimliyi məlum olub.

"Unikal" apa-ya istinadən xəbər verir ki, 3 saylı Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin Biləsuvar rayonu üzrə nümayəndəsi (meşəbəyi) Biləsuvar rayon sakini, 1967ci il təvəllüdlü Qurbanov Mübaşir Əli oğlu və oranın digər əməkdaşı Şorsulu kənd sakini, 1962-ci il təvəllüdlü Əhmədov Mustafa Allahyar oğlu hadisə yerində ölüb.

Yaralılar Quliyev Cəlal Ceyhun oğlu və Zeynalov Samid Eldəniz oğlu isə Salyan xəstəxanasına yerləşdirilib.

XXX

18:56

Salyanda yol qəzası baş verib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Şorsulu kəndində qeydə alınıb. “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью