Salyanda sakinlərlə növbəti səyyar görüş FOTO

14.10.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə Xurşud kənd sakinləri ilə səyyar qəbul keçirib.

Modern.az xəbər verir ki, qəbulda çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda dövlət səviyyəsində həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə ətraflı danışıb,ölkə başçısının qayğısı ilə görülən bütün işlərin, həyata keçirilən tədbirlərin yalnız bir amala, əhalimizin yaxşı yaşamasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulayıb.

Qeyd olunub ki, vətəndaş məmnunluğunun təmin olunması rayon rəhbərliyinin fəaliyyətində əsas prioritetlərdən biridir. Bildirilib ki, keçirilən bu cür görüşlər əhalinin problemlərinin operativ şəkildə həllinə, eyni zamanda yerli icra strukturları ilə sakinlər arasında qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir. Qəbul zamanı bəzi müraciətlər üzrə dərhal tədbirlər görülməsi üçün tapşırıqlar verilib, əlavə araşdırma tələb edən məsələlər isə nəzarətə götürülərək icra vəziyyətinin mütəmadi izlənəcəyi vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью