Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Qırx Çıraq qəsəbəsinin sakinləri ilə səyyar qəbul keçirib.
Modern.az xəbər verir ki, görüşün əsas məqsədi vətəndaşların müraciət, təklif və problemlərini yerindəcə dinləmək, onların həlli istiqamətində operativ tədbirlər görmək olub.
Görüşdə çıxış edən Rüstəm Xəlilov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi tədbirlərdən danışıb. Bildirilib ki, görülən işlər əhalinin sosial rifahının və həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Rayon rəhbəri vətəndaş məmnunluğunun Salyan Rayon İcra Hakimiyyətinin fəaliyyətində əsas prioritetlərdən biri olduğunu vurğulayıb.
Qəbul zamanı sakinlərin müraciətləri dinlənilib. Bəzi məsələlərin həlli ilə bağlı aidiyyəti şəxslərə yerindəcə tapşırıqlar verilib. Əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülüb.
Qeyd olunub ki, bu cür səyyar görüşlərin keçirilməsi sakinlərin problemlərinin operativ həllinə və əhali ilə yerli icra strukturları arasında qarşılıqlı etimadın daha da gücləndirilməsinə imkan yaradır.