Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə görüntülər daxil olub.
Məlumata görə, 77-ET-185 dövlət qeydiyyat nişanlı TIR yolun ortasındakı beton arakəsməyə çırpıldıqdan sonra aşıb.
İlkin məlumata əsasən, hadisəyə nəqliyyat vasitəsinin ön təkərinin partlaması səbəb olub.
Qəza nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.
bax.tvhttps://player.bax.tv/embed/227849.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar