Salyanda tərəvəz məhsullarının istehsalı artıb

11.12.2024

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Salyanda bu il 39 812,8 ton tərəvəz məhsulu istehsal edilib.

Bu barədə “Report”un Aran bürosuna Salyan Rayon Statistika İdarəsindən bildirilib.

Məlumata görə, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 532,0 ton və ya 1,4 % çoxdur.

Qeyd edək ki, bu il rayon üzrə 1 785,6 hektar sahədə tərəvəz bitkiləri əkilib.

Hazırda tərəvəz bitkilərinin yığımı davam edir.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью