Salyanda yol qəzası zamanı 1 nəfər ölüb, 2 si xəsarət alıb

18.08.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Salyan, 18 avqust, Aydın Yavərzadə, AZƏRTAC

Salyan rayonunda 1 nəfərin ölümü, 2-nin yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Salyanın Yenikənd kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mersedes” və “VAZ-2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində Qəribxan Yunus oğlu Qəfərov hadisə yerində dünyasını dəyişib. Şahlar Rzayev ilə Sevinc Qasımova isə xəsarət alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью