Salyanda yol qəzasında 6 nəfər xəsarət alıb, üçü azyaşlıdır

07.10.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Salyanda minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Kürsəngi kəndi ərazisində qeydə alınıb.

"VAZ 2107" markalı avtomobillərin toqquşması nəticəsində, üçü azyaşlı olmaqla, 6 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью