Salyanda yol qəzasında ölən iki nəfərin kimliyi məlum olub YENİLƏNİB FOTO | Icma.az
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Salyanda yol qəzası zamanı ölənlərin kimliyi məlum olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 3 saylı Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin Biləsuvar rayonu üzrə nümayəndəsi (meşəbəyi) Mübaşir adlı şəxs və oranın digər əməkdaşı Şorsulu kənd sakini, Mustafa Əhmədov hadisə yerində ölüb.
2 nəfər yaralı isə Salyan xəstəxanasına yerləşdirilib. *** 18:52 Salyanda yol qəzası baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Şorsulu kəndində qeydə alınıb.
“VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfərin öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu