Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Salyan Rayon İcra Hakimiyyəti Salyan şəhərində yolların əsaslı təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "VNM İnşaat” MMC seçilib.
Yolların əsaslı təmirinə görə şirkətə 1 328 483,05 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "VNM İnşaat” MMC 13 mart 2023-cü ildə qeydiyyata alınıb.
Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 15-də yerləşir.
MMC-nin qanuni təmsilçisi Nağıyev Vüqar Məhəmməd oğludur. "VNM İnşaat” MMC haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
Vüqar Nağıyevə gəlincə, o, 2024-cü ilə qədər "VNM Servis” MMC-nin və "VNM İnvest” MMC-nin qanuni təmsilçisi olub.