Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az Report-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Zəncirvari qəza zamanı "İnfiniti", "Mazda", VAZ-2107 markalı avtomobillər və mikroavtobus toqquşub.
Hadisə nəticəsində Qaraçala qəsəbə sakinləri - Nemət İbrahim oğlu İsmayılov, Ərəstun Ramazan oğlu Əhmədov və daha üç nəfər xəsarət alıb.
Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.