Salyandakı qəzada xəsarət alan körpənin SON VƏZİYYƏTİ

30.01.2025

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Salyanda qəzada 4 üzvü həlak olan ailənin elə həmin qəzada yaralanan 3 yaşlı övladının vəziyyəti yüngüldür və həyatı təhlükəsi yoxdur. 
Bu barədə Bizim.Media cənub bürosuna Salyan rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Qeyd edək ki, Salyan rayonunun Seyidlər kəndində "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı kollektora aşıb. 
Qəzaya düşənlər bir ailənin üzvləridir. Avtomobildə olan hər iki valideyn və onların 2 azyaşlı övladı həyatını itirib. Bunlar - 1993-cü il təvəllüdlü Aqil Amil oğlu Məmmədov, Nərmin Güləli qızı İsmayılova və onların azyaşlı övladları İ.R. və İ.H.-dir.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью