Salyanlı Qəbulə xanım və I Pyotr Qan düşmənçiliyinin qısa tarixi Azər TURAN | Icma.az
Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
I Pyotr general Matyuşkinə salyanlı Qəbulə xanım barədə: "Salyan hakiməsi Qəbulə xanım asilərin böyüyüdür.
Ondan ehtiyatlı olmaq lazımdır ki, bir bədbəxtlik üz verməsin", - deyə bildirirdi.
Bunu Abbasqulu Ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində yazıb.
Nə baş vermişdi ki, imperator özünün say-seçmə generallarından birinə belə vahiməli və qorxunc bir təlimat verir və Qəbulə xanımla ehtiyatlı davranmağı ona tövsiyə edirdi?1723-cü ilin 16 sentyabrında Peterburqda general Matyuşkinlə I Pyotr arasında Salyan barədə söhbət oldu.
Elə həmin il, Bakının rus ordusu tərəfindən işğalından bir neçə ay sonra Qəbulənin əri, Salyan naibi Həsən bəyin zamanında Salyan Rusiya təəbəliyini qəbul etdi.
Bakı komendantı knyaz Baryatinskiyə Salyana böyük bir hərbi dəstə göndərilməsi barədə imperator tərəfindən xüsusi sərəncam verildi.
Bir neçə gün sonra podpolkovnik Zambulatovun süvari batalyonu Salyana daxil oldu və rus hərbi qüvvələri Kür çayının sahilində naib Həsən bəyin malikanəsinin qənşərində qərargah qurdular.Həsən bəy podpolkovnik Zambulatovla Rusiya təəbəliyini qəbul etmiş müsəlman naib kimi davranırdı.
Tam oxu
Xəbəri oxu