Salynda qəza: yeddi nəfər xəsarət aldı

25.01.2026

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Salyan rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə,.hadisə Ələt–Astara magistral yolunun Salyan rayonunun ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata əsasən, iki “Ford” markalı minik avtomobili və bir yük avtomobilinin iştirakı ilə zəncirvari qəza olub. Nəticədə beş nəfər xəsarət alaraq Salyan xəstəxanasına çatdırılıb.
Salyan Rayon Mərkəzi Xəstəxanasının yaydığı məlumata görə isə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan yeddi nəfər — bir qadın və altı kişi yanvarın 24-də saat 22:50 radələrində Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi yardım göstərilib. Hazırda onların müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.
Faktla bağlı araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью