Şam ilə evi yandırdılar

29.04.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Voloqda vilayətində iki azyaşlı uşağın ehtiyatsızlığı nəticəsində yaşayış evi yanıb.

Redaktor.az “KP” nəşrinə istinadla xəbər verir ki, hadisə zamanı evdə 9 yaşlı oğlan və onun 10 yaşlı dostu olub. Uşaqlar şamla oynayarkən onu yerə salıblar və alov qısa müddətdə döşəmə örtüyünü əhatə edib. Yanğın nəticəsində 64 kvadratmetr sahədə evin daxili tamamilə yanıb.

Məlumata görə, uşaqlar yanğın başlayanda özləri evdən çıxmağı bacarıblar. Hadisə zamanı uşaqların anası və böyük qardaşı mağazada olub.

İlkin ehtimala əsasən, yanğına uşaqların açıq alovla ehtiyatsız davranması səbəb olub. Hadisə ilə bağlı araşdırma aparılır.

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью