Şam yeməyində DƏHŞƏT: nənədən nəticəyədək 8 nəfəri öldürdü

26.08.2026

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın Montana ştatında bir kişi bazar günü ailəvi şam yeməyi zamanı səkkiz qohumunu, o cümlədən dörd uşağı öldürərək, intihar edib.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Billinqs şəhərindəki evlərdən birində qeydə alınıb.

Ölənlər böyük bir ailənin dörd nəslinin nümayəndələri olub. Ölənlərin arasında 90 yaşlı ulu nənə və 7 yaşlı qız da var.

Polisin məlumatına görə, hüquq-mühafizə əməkdaşları bazar günü axşam hadisə yerinə çatarkən evin arxa həyətindən atəş səsləri eşidiblər. Bir qədər sonra ev tamamilə alova bürünüb. Polis bir neçə nəfərin öldüyünü, qətli törədən şəxsin də həyatını itirdiyini təsdiqləyib.

Hadisə nəticəsində keçmiş həyat yoldaşı və iki övladı həlak olan Bred Ayrland atəş açan şəxsin 44 yaşlı Alan Smit olduğunu bildirib. Onun sözlərinə görə, Smitə bir müddət əvvəl həmin evdən köçməli olduğu deyilib.

Hazırda cinayətlə bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью