Şam yeməyindən sonra bu vərdiş həzmi yaxşılaşdıra bilər

14.04.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Dietoloq Oskar Urtado bildirib ki, şam yeməyinin sonunda edilən sadə bir hərəkət həzm problemlərini aradan qaldırmağa kömək edə bilər.

Redaktor.az xəbər verir ki, onun sözlərini "El Economista" nəşri yayıb.

Urtado qeyd edib ki, mədə-bağırsaq sistemi ilə bağlı problemi olan insanlar şam yeməyinin sonunda darçınlı bişmiş alma yeməlidirlər. Həkimin sözlərinə görə, bu meyvədə yüksək miqdarda pektin var və bu maddə həzm sisteminin fəaliyyətini yaxşılaşdırır.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью