Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Argentina millisinin müdafiəçisi Markos Senesi gözlənilməz şəkildə komandanın dünya çempionatı üçün heyətinə dəvət alıb.
“Qafqazinfo” xəbər verir ki, o, İbizada dincələrkən futbolçuya zəng gəlib.
Bildirilib ki, zədələnən Leonardo Balerdinin yerinə baş məşqçi Lionel Skaloni onu yığmaya çağırır.
Həmin anların görüntülərini futbolçunun sevgilisi Kelci-Rose Bouers sosial şəbəkə hesablarında paylaşıb. O bildirib ki, şam yeməyinə hazırlaşarkən belə bir zəng gəlib və futbolçu təcili şəkildə ABŞ-yə yollanıb.