Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“USAİD-in fəaliyyəti ilə bağlı son iki həftə ərzində dünya mediasında yer alan məqamlar xüsusilə də ABŞ-ın müvafiq sturukturlarının verdiyi məlumata istinadən edilən şərh və təhlillər bunu bir daha deməyə əsas verir ki, USAİD sözün əsl mənasında dövlət içində dövlət funksiyasını yerinə yetirən, ilk baxışdan ABŞ-ın bu və ya digər bölgələrdə maraqlarını müdafiə edən, həmin maraqların təmin olunması üçün bütün qanuni və qeyri- qanuni fəaliyyətlərlə məşğul olan bir agentlik qismində özünü nümayiş etdirilib.
Verilən materiallarda bu kimi məqamlar kifayət qədər geniş şəkildə qeyd olunur”.
Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Allahverənov deyib.
Azər Allahverənov sözlərinə belə davam edib: “O ki qaldı Elon Maskın və digərlərinin konkret olaraq USAİD-in cinayətkar fəaliyyətinə dair etdikləri “x” hesablarındakı paylaşımlar və digər məsələlər, xüsusilə də bioloji silah hazırlamaq üçün USAİD tərəfindən vəsaitin ayrılması, Covid-19-un yaranmasında birbaşa olaraq USAİD-in rol oynaması onu göstərir ki, faktiki olaraq bu agentlik həm də bütövlükdə bəşəriyyətə ziyan gətirən bir fəaliyyətlə məşğul olub.
Şübhəsiz ki, burada bir neçə məqam var. Bu məqamları da nəzərə almaq lazımdır.
Samanta Pauer elə də güclü firuq deyil ki, burada bir çox məsələlər onun adı ilə bağlanır.
Samanta Pauerin arxasında duran çox güclü şəxs və qurumlar var.