Samara kütləvi dron hücumuna məruz qaldı

22.09.2026

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın Samara vilayəti Ukrayna Silahlı Qüvvələrinin kütləvi dron hücumuna məruz qalıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Fedorişev məlumat verib.

O bildirib ki, Ukrayna ordusu vilayətdə sənaye obyektlərini hədəfə alıb. Hadisə nəticəsində mülki obyektlərə, şəxsi evlərə və nəqliyyat vasitələrinə ziyan dəyib.

Samara qubernatoru çoxlu sayda dronun vurulduğunu da qeyd edib. Fedorişev qeyd edib ki, təcili yardım qrupu hazırda dağıntılar və ya ziyan barədə tam məlumat toplayır.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью