Samara qubernatoru COVID 19 a yoluxdu

25.09.2025

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişçev koronavirusa yoluxub. Bu barədə o, Max sosial şəbəkəsindəki kanalında məlumat verib.

“Ezamiyyətdən qayıtdıqdan sonra COVID-ə yoluxdum. Bununla belə, məsafədən işləməyə davam edirəm. Bu gün videobağlantı formatında operativ iclas keçirdim”, – deyə Fedorişçev yazıb.

Məsələ ilə bağlı virusoloq, tibb elmləri doktoru, professor Anatoliy Altşteyn qeyd edib ki, son bir həftə ərzində Rusiyada kəskin respirator virus infeksiyalarına (QRİ) yoluxanların sayı təxminən 30% artaraq 899 min nəfəri keçib. Onun sözlərinə görə, virusların yayılma tempi artır, amma hələlik lokdaun təhlükəsi yoxdur – mütəxəssislər infeksiyaların qarşısını almaq üçün yerli tədbirlərlə kifayətlənəcəklər.

Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Təhsil Akademiyasının vitse-prezidenti, epidemioloq Gennadi Onişenko isə bildirib ki, yeni “stratus” adlı koronavirus ştammı daha yoluxucu olsa da, pandemiyaya səbəb olmayacaq. \\32gun.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью