Samarada avtomobil qəzası nəticəsində 7 qazaxıstanlı xəsarət alıb AZƏRTAC

07.01.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 7 yanvar, AZƏRTAC

Rusiyanın Samara vilayəti yaxınlığında baş verən avtomobil qəzası nəticəsində yeddi nəfər Qazaxıstan vətəndaşı xəsarət alıb.

AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, yaralılar dərhal Qazaxıstanın Uralsk şəhərinin tibb müəssisələrinə aparılıb.

Qazaxıstan Səhiyyə Nazirliyinin açıqlamasına görə, zərərçəkənlərin vəziyyəti orta ağırdır. Onların bəzilərində beyin silkələnməsi, sınıqlar və hematomalar var.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью