Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın Samara şəhərinin "Kurumoç" beynəlxalq aeroportunda uçuş və eniş üzrə 13 reys gecikir, daha 2 reys isə ümumiyyətlə ləğv edilib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə aeroportun onlayn cədvəlində məlumat verilib.
Məlumata görə, gecikmələr əsasən Soçi, Sankt-Peterburq və Moskva istiqamətində olan reyslərdə müşahidə olunur. Soçiyə nəzərdə tutulan iki təyyarə avqustun 23-dən bəri uçuş gözləyir. Eyni zamanda Moskva, Sankt-Peterburq və Şarm əl-Şeyxdən gələn reyslər də qrafikdən kənara çıxıb.
Novosibirsk istiqamətində olan gediş-gəliş reysləri isə tamamilə ləğv olunub.
Zeynəb Rzayeva