Samarada yol qəzasında yaralanan Qazaxıstan vətəndaşlarından ikisi ölüb AZƏRTAC

07.01.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 7 yanvar, AZƏRTAC

Rusiyanın Samara vilayəti yaxınlığında baş verən avtomobil qəzası nəticəsində yaralanmış yeddi Qazaxıstan vətəndaşından ikisi ölüb.

AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, Qazaxıstan yaralıları daşımaq üçün Qərbi Qazaxıstan Fövqəladə Hallar Departamentinin xilasediciləri və psixoloqlarından, habelə yerli Səhiyyə Departamentinin təcili yardım ekipajlarından ibarət konvoy göndərib.

Bildirilib ki, yaralıların vəziyyəti orta-ağırdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью