Samariyada terror aktı: 9 nəfəri yaralayan iki terrorçudan biri qaça bilib Video

29.11.2024

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Samariyada avtobusun atışması nəticəsində 9 nəfər yaralanıb.

Bizimyol.info xəbər verir ki, İsrail Müdafiə Qüvvələri Samariyada terror aktının iki terrorçu tərəfindən törədildiyi barədə məlumatı təsdiqləyib.

Məlumatda qeyd edilir ki, xəsarət alanlardan üç nəfərin vəziyyəti ağır, digər bir nəfərin vəziyyəti isə orta-ağırdır. Qalanları yüngül xəsarət alıblar.

Terror aktı yerinə gələn həkimlər yaralılara ilkin tibbi yardım göstərdikdən sonra onları xəstəxanaya yerləşdiriliblər.

İsrail Müdafiə Qüvvələri bir terrorçunun zərərsizləşdirildiyini təsdiqləyib. "Onlardan biri yerindəcə məhv edilib. Digəri isə qaçmağı bacarıb. Axtarışlar davam edir", - deyə məlumatda qeyd edilir.

Terrorçular sərnişin avtobusunu atəşə tutublar.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью