Şamaxı 6, Araz 11... PFL də BU HƏFTƏ

20.09.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasının VI turunda daha bir görüş keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, "Şamaxı" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edib.

Şamaxı şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Şamaxı"nın heyətində Rikardo Apolinario 27 və 36-cı dəqiqələrdə penaltidən fərqlənib. Naxçıvan təmsilçisinin yeganə qolunu isə 32-ci dəqiqədə rəqib qapısından keçirib.

Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran Şamaxı komandası 6-cı pilləyə yüksəlib. 2 xala malik "Araz-Naxçıvan" isə 11-ci yerdə qərarlaşıb.

Tura bu gün "Kəpəz" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq. Qarşılaşma Gəncə şəhər stadionunda saat 19:00-da start götürəcək.

Qeyd edək ki, turun daha əvvəl baş tutan matçlarında "Neftçi" "Qəbələ"ni (3:0), "Qarabağ" "Şəfa"nı (1:0), "Turan Tovuz" "Zirə"ni (1:0), "Sabah" isə "İmişli"ni (3:1) məğlub edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью