“Şamaxı” Alfons Mabula Msanqa ilə yollarını ayırıb

06.06.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Şamaxı” klubu Alfons Mabula Msanqa ilə vidalaşıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Şamaxı” Futbol Klubu məlumat yayıb.

Bildirilir ki, futbolçunun müddəti başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, Tanzaniya millisinin 22 yaşlı üzvü ötən ilin yanvarında “Şamaxı”ya qoşulmuşdu.

Xatırladaq ki, klub daha əvvəl Bilal İsmayılov, Ravil Qafarov, Rüfət Abbasov, Kərim Rossi, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu, Arsen Ağcabəyov, Rafael Məhərrəmli, Vladislav Veremeyev, Nihat Mehralıyev və Sezar Enrike ilə də vidalaşmışdı.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью