“Şamaxı” “Araz Naxçıvan” matçına doğru: Zədəlilər və cəzalı var

27.09.2025

Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.

Misli Premyer Liqasının VI turunda “Şamaxı” doğma “Araz Naxçıvan”ı qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, hər iki komanda da matça itkilərlə çıxacaq. Ev sahibi klubda zədəli futbolçular – Edqar Adilxanov və Andrey Tirkoveanu meydana çıxa bilməyəcək.

Naxçıvan təmsilçisində isə zədəli Ramon Maçado ilə yanaşı, cəzalı Slavik Alxasov görüşü kənardan izləyəcəklər.

“Şamaxı” – “Araz Naxçıvan” oyunu bu gün saat 15:30-da start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью