“Şamaxı” Azər Bağırovla 3 illik müqavilə imzalayıb

02.06.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 2 iyun, AZƏRTAC

“Şamaxı”nın yeni baş məşqçisi məlum olub.

Bölgə təmsilçisindən AZƏRTAC-a bildirilib ki, klub rəhbərliyi davam edən danışıqlardan sonra təcrübəli mütəxəssis Azər Bağırovla razılığa gəlib. Yeni baş məşqçi ilə 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Azər Bağırov son olaraq “Kəpəz”i çalışdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью