Şamaxı Azərbaycan çempionatında 25 ci dəfə səfər oyununda böyük hesabla qalib gəlib

09.12.2025

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Şamaxı" Azərbaycan çempionatlarının yüksək dəstəsində 25-ci dəfə səfər oyununda böyük hesabla qalib gəlib.

525.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XIV turunda baş verib.

Əvvəllər "Xəzər Universiteti", "İnter" və "Keşlə" adlarını da daşımış klub "Karvan-Yevlax"ı üç cavabsız qolla üstələyib. Bu göstəricidə "Kəpəz"ə çatan "Şamaxı" yalnız "Qarabağ"la "Neftçi"dən geri qalır.

Qeyd edək ki, səfərdə ilk böyükhesablı qələbəsini 2001/02 mövsümündə "Xəzər Universiteti" kimi qazanan komanda "Dinamo-Bakılı"nı (sonrakı "Bakı") 3:0 hesabı ilə məğlub edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью