Şamaxı Azərbaycan çempionatlarında 850 ci qolunu vurub

05.03.2025

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

“Şamaxı” Azərbaycan çempionatlarında 850-ci qolunu vurub.

Sportal.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXV turuna təsadüf edib.

Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə “Səbail”ə 2:0 hesabı ilə qalib gəlib.

Bu görüşdəki ilk qol bölgə təmsilçisi üçün yubiley xarakteri daşıyıb. 850-ci topun müəllifi Vasiliye Bakiç olub. Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşıyan komanda 682-ci görüşdə bu göstəriciyə çatıb. Vurulan 851 qoldan 458-i evdə, 393-ü səfərdə qeydə alınıb.

Qeyd edək ki, “Şamaxı” bu göstəricidə yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”dən geri qalır.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью