“Şamaxı” braziliyalı futbolçu danışıq aparır

08.01.2025

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Şamaxı” növbəti transferə hazırlaşır. 
Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi braziliyalı yarımüdafiəçi Maykl Tuike ilə danışıq aparır. 31 yaşlı futbolçu artıq komandanın düşərgəsindədir. 
Tuikenin son klubu Litvanın “Hegelman” komandası olub. Əvvəllər Litvanın digər klubları, həmçinin Braziliyanın “Vila Nova”, “Nasional”, Portuqaliyanın “Famalikan” və İsrailin “Bney Yahuda” komandasının da şərəfini qoruyan “sambaçı” ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью