Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
"Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
QOL.az xəbər verir ki, braziliyalı futbolçu Cezar Henrique Dias Santosu heyətə cəlb edilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.. 25 yaşlı müdafiəçi ilə birillik müqavilə imzalanıb.
Xatırladaq ki, Henrique son olaraq Braziliyanın “Caxias” klubunda çıxış edib.