Şamaxı bu futbolçu ilə yollarını ayırdı SƏBƏB

18.07.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

“Şamaxı” FK-nın İdarə Heyətinin sədr müavini Ramiz Məmmədov klubdan ayrılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, buna səbəb mütəxissisin I Liqa klubu "Mingəçevir"ə baş məşqçi təyin olunmasıdır.

2022-ci ildən "Şamaxı"nın İdarə Heyətinin sədr müavini kimi fəaliyyət göstərən Məmmədov eyni zamanda 2023/2024 mövsümündə sözügedən komandanın baş məşqçisi kimi fəaliyyət göstərib və komanda I Liqada çempion olaraq yenidən Premyer Liqaya qayıdıb.

Qeyd edək ki, yeni təyinatı ilə əlaqədar Ramiz Məmmədovun “Şamaxı” FK-nın İdarə Heyətində üzvlüyünə xitam verilib və son 3 ildə klubda gənclərin inkişafı proqramının rəhbəri vəzifəsində çalışan tanınmış sabiq futbolçu Vəli Qasımov həmçinin İdarə Heyətinə yeni üzv seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью