Şamaxı Cəlal Hüseynovun transferini açıqlayıb | Icma.az
Cbcsport portalından verilən məlumata görə, Icma.az xəbər yayır. "Şamaxı" klubu yeni transferini açıqlayıb.
Azərbaycan millisinin üzvü Cəlal Hüseynov heyətə cəlb olunub.
Bolqarıstanın “Arda” klubuna məxsus olan müdafiəçi mövsümün sonuna qədər icarə əsasında komandada çıxış edəcək.
Qeyd edək ki, Cəlal Hüseynov 2022/2023 mövsümündə də “Şamaxı”nın formasında 34 oyuna çıxıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu