Şamaxı da daha bir müqavilə

03.06.2025

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Şamaxı" daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qapıçı Abdulla Seydəhmədovla yeni müqavilə imzalanıb.

Seydəhmədov növbəti mövsümü də bölgə təmsilçisində keçirəcək.

Abdulla Seydəhmədov 2023-cü ilin iyun ayından "Şamaxı"da çıxış edir.

Qeyd edək ki, "Şamaxı" buna qədər Rikardo Fernandes və Alfons Msanqa ilə də müqaviləni yeniləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью