Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Şamaxı"dan 30-cu böyük hesablı məğlubiyyət
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 30-cu böyükhesablı məğlubiyyətini alıb. Bu, Misli Premyer Liqasının 17-ci turunda qeydə alınıb.
QOL.az xəbər verir ki, “Qəbələ”ni qəbul edən Şamaxı təmsilçisi 0:4 hesabı ilə uduzub. Bu, komandanın evdə 9-cu, ümumilikdə 30-cu böyükhesablı yenilgisi kimi tarixə düşüb.
Qeyd edək ki, əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını daşımış klubun ilk belə məğlubiyyəti 1999/2000 mövsümündə qeydə alınıb. 1999-cu il noyabrın 13-də “Şəmkir”in qonağı olan komanda 6 cavabsız qol buraxıb.