Şamaxı dan ayrılan futbolçu bu kluba keçdi

23.01.2025

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Şamaxı"nın ötən gün vidalaşdığı Emin Zamanovun yeni klubu müəyyənləşib.

Fanat.Az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi karyerasını II Liqada davam etdirəcək.

"Şəfa" klubu Premyer Liqa təcrübəsi olan Emini heyətinə cəlb edib. 

Qeyd edək ki, 2023-cü ilin yanvarından bölgə təmsilçisində çıxış edən Emin Zamanov ötən mövsüm I Liqada çempionluq sevinci yaşayıb. O, “Şamaxı”nın formasında ümumilikdə 18 qola imza atıb.

Mirağa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью