“Şamaxı” gürcüstanlı futbolçunu transfer etdi FOTO

16.07.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Klubun mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, komanda gürcüstanlı hücumçu Tornike Axvledianini heyətinə qatıb.
26 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Tornike Axvlediani son olaraq Gürcüstanın “İberiya 1999” komandasında çıxış edib.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью