Şamaxı İmişli oyununda qalib müəyyənləşməyib

08.03.2026

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Misli Premyer Liqasının XXIII turunda daha bir oyun keçirilib.

Oxu.Az xəbər verir ki, doğma meydanda "İmişli"ni qəbul edən "Şamaxı" heç-heçəyə razılaşıb.

Şamaxı şəhər stadionunda baş tutan matçda hesab açılmayıb.

Turnir cədvəlində "Şamaxı" 27 xalla səkkizinci, 22 xala malik "İmişli" isə doqquzuncudur.

Qeyd edək ki, turun ilk matçında "Sumqayıt" və "Karvan-Yevlax" kollektivləri bərabərə qalıb - 1:1.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью