Şamaxı Kəpəz ə qarşı

20.04.2025

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 31-ci tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, oyunlardan biri bölgədə, biri isə paytaxtda baş tutacaq. 

Şamaxıda rayonun eyniadlı komandası "Kəpəz"i qonaq edəcək. Bu komandalar arasındakı əvvəlki 3 matçın birində meydan sahibləri (2:0), birində də qonaqlar (1:0) qalib gəlib. Bir görüş isə heç-heçə ilə yekunlaşıb (1:1).

Qeyd edək ki, oyunun start fiti saat 16:30-da səslənəcək.

Misli Premyer Liqası

IV dövrə, XXXI tur

16:30. "Şamaxı" - "Kəpəz"

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov 
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Şamaxı. Şəhər stadionu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью