Şamaxı Kəpəz ə, Zirə Sumqayıt a qarşı Yenilənir

20.04.2025

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Misli Premyer Liqasında 31-ci tura yekun vurulacaq.

QOL.az xəbər verir ki, son günə 2 matç nəzərdə tutulub.

Əvvəlcə 9-cu yerdəki "Kəpəz" 7-ci pillədəki "Şamaxı"nın qonağı olacaq. Görüş saat 16:30-da başlayacaq.

Bu komandalar arasındakı əvvəlki 3 dövrənin matçlarında 1 dəfə "Şamaxı" (2:0), 1 dəfə "Kəpəz" (1:0) qələbə qazanıb, 1 görüş isə heç-heçə ilə yekunlaşıb (1:1).

Günün əsas oyunu isə Zirə İdman Komnpleksinin stadionunda keçiriləcək. Burada 2-ci sıradakı "Zirə" 8-ci yerdəki "Sumqayıt"ı qəbul edəcək. Hazırda "Zirə"nin aktivində 58 (30 oyun), lider "Qarabağ"ın aktivində isə 76 xal (31 matç) var. 

Bu da o deməkdir ki, Rəşad Sadıqovun komandası bu gün "Sumqayıt"la heç-heçə etsə və ya məğlub olsa, Ağdam təmsilçisi sona 5 tur qalmış çempionluğu rəsmiləşdirəcək.

Bu komandalar arasındakı əvvəlki 3 dövrənin matçlarının hamısında "Zirə" qalib gəlib (2:0, 4:1, 3:0), 

Misli Premyer Liqası, 31-ci tur

20 aprel

16:30. “Şamaxı” – “Kəpəz”

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.

VAR: Nicat İsmayıllı.

AVAR: Kamran Bayramov.

Şamaxı şəhər stadionu

19:00. “Zirə” – “Sumqayıt”

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.

VAR: Əliyar Ağayev.

AVAR: Zeynal Zeynalov.

Zirə İdman Komnpleksinin stadionu

18 aprel

“Araz-Naxçıvan” - “Turan Tovuz” - 1:1

19 aprel

“Qarabağ” - “Neftçi” - 3:0

“Sabah” - “Səbail” - 3:2 

Bombardirlər:

Leandro Andrade ("Qarabağ") - 14 qol

Cesse Sekidika ("Sabah") - 10 qol

Davit Volkov ("Zirə") - 10 qol

Coy-Lens Mikels ("Sabah") - 9 qol

Felipe Santos ("Araz Naxçıvan") - 9 qol

Nəriman Axundzadə ("Qarabağ" - 9 qol

Salifu Suma ("Zirə") - 9 qol

Rafael Utziq ("Zirə") - 9 qol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью