Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Bu gün Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək.
Futbolpress.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Günün ilk matçında “Şamaxı” autsayder “Kəpəz”i qəbul edəcək.
Digər görüşdə “Turan Tovuz” “Qarabağ“la üz-üzə gələcək.
Azərbaycan Premyer Liqası
VIII tur
17 oktyabr
14:30 Şamaxı – Kəpəz
Baş hakim: Əliyar Ağayev
Şamaxı şəhər stadionu
19:00 Turan Tovuz – Qarabağ
Baş hakim: Elçin Məsiyev
“Azersun Arena”