Şamaxı Kəpəzi qonaq edir

30.11.2024

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

Misli Premyer Liqasında XV tur davam edir. Sport24.az xəbər verir ki, ikinci oyun gününün ilk matçı Şamaxıda keçiriləcək.

Bölgənin eyniadlı komandası autsayder "Kəpəz"i qonaq edir. Ötən tur "Sumqayıt"a məğlub olan "şirlər" heç şübhəsiz ki, doğma azarkeşlərinin gözü önündə 3 xal üçün mübarizə aparacaq.

Qonaqların da sonuncu pilləni tərk etmək üçün əlinə fürsət düşüb. "Səbail"in dünən "Sabah"a yenildiyini nəzərə alsaq, gəncəlilər qalib gələcəyi halda "zirzəmi"ni tərk edəcək.

Qeyd edək ki, oyunun start fiti 14:30-da səslənəcək.

Misli Premyer liqası

II dövrə, XV tur

14:30. "Şamaxı" - "Kəpəz"

Hakimlər: İnqilab Məmmədov, Zöhrab Abbasov, Rahil Ramazanov, Əkbər Əhmədov
VAR: Tural Qurbanov
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Şamaxı. şəhər stadionu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью