Şamaxı klubundan İlkin Muradovla yollarını ayırması xəbərinə REAKSİYA

27.11.2024

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Azərbaycanın "Şamaxı" klubu mövsümün əvvəlində transfer etdiyi İlkin Muradovla yolları ayırmaq qərarına gəlib.

Bu barədə Oxu.Az-a "Şamaxı" futbol klubunun Mətbuat Xidmətinin rəhbəri Yusif Hüseyn açıqlama verib.

O, futbolçu ilə danışıqların getdiyini deyib:

"Hazırda klub rəsmiləri futbolçu arasında bu mövzu müzakirə olunur. Əgər yolları ayırmalı olsaq, rəsmi olaraq açıqlama verəcəyik".

Qeyd edək ki, Muradov bu yay Şamaxıya köçüb və bu mövsüm komandanın APL-də keçirdiyi 13 oyunun 12-də iştirak edib. O, əvvəllər "Zirə" və "Səbail"in rənglərini qoruyub.

Anar Həsənov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью