“Şamaxı” legioner futbolçusu ilə yollarını ayırdı

19.02.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Şamaxı” hücumçusu Belajdi Pusi ilə yolları ayırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.

Futbolçunun Rusiya Premyer Liqasıda çıxış edən “Fakel”lə (Voronej) razılıq əldə etdiyi və hazırda yeni klubunun düşərgəsində olduğu bildirilib. Albaniyalı hücumçu tibbi baxışdan keçdikdən sonra müqavilə imzalayacaq.

Qeyd edək ki, mövsümün əvvəlində "Şamaxı"ya qoşulan 27 yaşlı hücumçu 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью