Şamaxı monteneqrolu müdafiəçi ilə bağlı QƏRAR

15.05.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

"Şamaxı" monteneqrolu müdafiəçi Vasiliye Radenoviçlə bağlı qərar verib.

"Unikal" xəbər verir ki, 31 yaşlı futbolçu ilə mövsümün sonunda yollar ayrılacaq.

Ötən yayda komandaya keçən Radenoviç son turlarda əsas heyətində kənarda qalıb. Son 3 oyunda meydana çıxmaq şansı əldə etməyən monteneqrolu əvvəlki iki görüşdə isə cəmi 6 dəqiqə şans qazanıb. Klub rəhbərliyi mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçu ilə vidalaşacaq.

Qeyd edək ki, Vasiliye "Şamaxı"nın heyətində 27 qarşılaşmada forma geyinmək şansı qazanıb. O, bu matçlarda fərqlənməyib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью