Şamaxı Neftçi yə qarşı

07.04.2025

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

Bu gün Misli Premyer Liqasında 29-cu turun daha iki oyunu keçiriləcək. Sport24.az xəbər verir ki, günün ilk qarşılaması Şamaxıda baş tutacaq.

Bölgənin eyniadlı komandası "Neftçi"ni qonaq edir. Aktivində 28 xal olan meydan sahibləri hazırda turnir cədvəlində 8-ci, qonaqlar isə 32 xalla 6-cı pillədədir. Komandaların ilk 3 dövrədəki oyunlarında iki heç-heçə (0:0, 2:2) qeydə alınıb. Bir görüş isə paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Qeyd edək ki, oyunun start fiti saat 15:30-da səslənəcək.

Misli Premyer Liqası

IV dövrə, XIX tur

15:30. "Şamaxı" - "Neftçi"

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı. Şəhər stadionu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью