Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Misli Premyer Liqasının 6-cı turunda "Araz-Naxçıvan"ı qəbul edəcək "Şamaxı"nın heyəti ilə bağlı son vəziyyət açıqlanıb.
"Aslanlar"ın sözçüsü Yusif Hüseynlinin Fanat.Az-a verdiyi məlumata görə, hazırda bölgə təmsilçisinin sıralarında itki yoxdur.
O, cəzalı və ya zədəli futbolçusu olmayan "bənövşəyilər"in Naxçıvan komandası ilə matça tam heyətlə hazırlaşdığını bildirib.
Qeyd edək ki, "Şamaxı" - "Araz-Naxçıvan" qarşılaşması sentyabrın 20-də keçiriləcək. Matçın start fiti 16:30-da səsləndiriləcək.
Nihat