Şamaxı nın kapitanı futbolçu karyerasını başa vurub

25.05.2025

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Şamaxı"nın kapitanı Kamal Bayramov peşəkar futbolçu karyerasını başa vurub.

Apasport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Misli Premyer Liqasının 36-cı turunun “Qarabağ”la matçından öncə klubun idarə heyətinin sədri Elçin Usub 40 yaşlı qapıçıya xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, K.Bayramov bu ilin yanvar ayından "Şamaxı"nın formasını geyinirdi. O, 2020-2022-ci illərdə də "Şamaxı"da oynayıb. Qolkiper karyerası ərzində "Turan Tovuz", "Səbail", "Zirə", AZAL, "Araz-Naxçıvan", "Rəvan", "Xəzər Lənkəran", "Muğan" və "Neftçi"də də çıxış edib.

“Neftçi”nin futbolçusu Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib Mövsümə “Araz-Naxçıvan” – “Zirə” görüşü ilə yekun vurulacaq - YENİLƏNİR “Turan Tovuz” “Kəpəz”ə qarşı - YENİLƏNİR Qurban Qurbanov “Barselona”nın düşərgəsini ziyarət edib Vasili Berezutski: “Bilmək olmaz Premyer Liqanın intensivliyinə dözər, ya yox”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью