Şamaxı nın legioneri millidə 3 oyuna çıxdı

11.06.2025

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

"Şamaxı"nın legioneri Alfons Msanqa Mabula dəvət aldığı Tanzaniya yığmasının təlim-məşq toplanışı zamanı 3 oyunda iştirak edib.

Sportal.az xəbər verir ki, o, Cənubi Afrika Respublikası (0:0) ilə yoxlama oyununda 27 dəqiqə meydanda olub,

“COSAFA kuboku”nda isə Madaqaskar (0:1) yığması ilə oyunda start heyətdə meydana çıxıb və 64-cü dəqiqədə əvəzlənib, 22 yaşlı yarımmüdafiəçi Esvatini (2:1) yığması ilə oyunda isə 90 dəqiqə meydanda olub.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью